Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS

Ən çox oxunan kitablar
Elçin Hüseynbəyli. Ağ-qara hekayələr
1 Dekabr , 2015

Tanınmış yazıçı Elçin Hüseynbəylinin bu kitabına Qarabağ olayları ilə bağlı hekayələr daxil edilib.Hekayələrin bəzilərinin Qarabağ müharibəsinə birbaşa dəxli olmasa da, hadisələr müəllifin doğulduğu məkanda baş verir.

Kitabın adı da təsadüfü seçilməyib. Ağ-qara yazıçının ovqatını əks etdirir. “Ağ hekayələr”i oxuyanda adamın bir gözü aglayır, biri gülür, “qara hekayələr”i oxuyanda isə adamın ürəyindən qara qanlar axır. Hər bir halda bu yazılar doğma Qarabağ haqındadır: onun indiki ağrı-acıları, xoş xatirələri ilə birgə.

Qarabağ hamımızın bir parçasıdır.İndən sonra bu hekayələr də sizinlə birgə olacaq. Duyğusal və nostalji hisslərlə....