Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS

Ən çox oxunan kitablar
Elçin Hüseynbəyli. Balıq adam
1 Dekabr , 2015

“Balıq adam” romanı bir yazarın qəzetdə dərc olunmuş yuxusu ilə başlayır. İlk baxışdan burada qeyri-adi bir sey olmasa da naməlum telefon zəngindən və müəmmalı görüşdən sonra məlum olur ki, ölkənin çox məşhur biznesmeni də həmin yuxunu görür. Yazara təklif olunur ki, qısa müddət ərzində yuxuda gördüyü balığı tapsın. Əks təqdirdə onu sevimli arvadı ilə uzun ayrılıq gözləyir. Beləliklə, adi bir yazar çox mistik hadisələrin axarına düşür. Müəllif xeyrin qələbəsinə qarşı şərin qələbəsini qoyur. “Hər işığın sonunda div var”, işıq gələn tərəfə yox, it hürən tərəfə getmək lazımdır.”