Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS

Yeni kitablar
Qənirə Paşayeva - "Tarixə adını yazan qadınlar" (I cild)
6 İyun , 2018
Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın "Tarixə adını yazan Qadınlar" kitabında ayrı-ayrı əməli fəaliyyət sahələrində  (o cümlədən ədəbiyyatda, siyasətdə, iş dünyasında, dövlət quruculuğunda və.s) böyük işlər görmüş, "ilk"lərə (hətta qəhrəmanlıqlara!) imza atmış, tarixin müxtəlif dövrlərində yaşamışünlü qadınların həyat və fəaliyyətləri haqqında məqalələr toplamışdır. Bu məqalələrin əksər hissəsi 2010-2011 - ci illər ərzində lent.az internet portalında yayınlanmış, güniş oxucu rəğbətini qazanmışdır. Qeyd edək ki, müəllif bundan öncə "Nobel mükafatlı qadınlar" adlı kitabla da oxucuların görüşünə gəlmişdir. 
Xanım millət vəkilinin "Tarixə adın yazan qadınlar" kitabı üç cilddə nəşr olunub və dünyaca ünlü 100 qadını əhatə edir. 
Müəllifin özünəməxsus üslub və peşəkarlıqla qələmə aldığı "Tarixi adını yazan qadınlar" əsəri geniş oxucu kütləsi üçün nəzərdə tutulub.