Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
14 İyul , 2021
Vaqif türbəsi — Azərbaycanın Şuşa şəhərində yerləşir. Türbənin tikintisi 1982-ci ildə başa çatdırılmış və abidənin açılışında o zaman AKP MK-nın sədri olan Heydər Əliyev də iştirak etmişdir. 

Türbə AMEA-nın həqiqi üzvü,sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əməkdar memar,memarlıq namizədi E.İ.Kanukovun layihəsi əsasında tikilmişdir.

Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində,bayram şənlikləri və cıdır yarşları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır.

Şairin türbəsinin inşası məsələsi həll edilərkən,ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış,Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir.Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir.

Ətraflı aşağıdakı keçiddlərdən baxa bilərsiniz:

https://m.facebook.com/story.php?story_fbid=2172335649585329&id=100004267441394

https://www.instagram.com/tv/CRS6-mahvsp/?utm_medium=copy_link