Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
19 İyul , 2021
Vaxtilə Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət olub. Həmin xanlıqlardan birini – Qarabağ xanlığını 1748-ci ildə Pənahəli bəy Sarıcalı Cavanşir yaradıb və on il Qarabağın xanı olub. O, maraqlı, nağıla bənzər bir həyat sürüb.
Həyatının bəzi məqamları. Azərbaycanın həm cənubunu, həm də şimalını öz təsir dairəsində saxlayan Nadir şah Əfşar Qarabağ ellərinin bir çox qoçaq və cəsur cavanlarını öz ətrafına yığmışdı. Onların arasında Sarıcalı elindən olan Fəzləli və Pənahəli adlı iki qardaş da vardı. Günlərin birində qəzəbi tutan Nadir şah qardaşlardan böyüyünü – Fəzləlini öldürtdürür. Belə bir aqibətin onun başına da gələ biləcəyindən ehtiyatlanan kiçik qardaş – Pənahəli şahın sarayından qaçıb Qarabağa gəlir. Nadir şah onun arxasınca nə qədər atlı dəstələr salsa da, Pənahəlini tuta bilmir. Həmin müddətdə Pənahəli Qarabağ və Şəki meşələrində gizlənir. Bu hadisənin üstündən çox keçməmiş Nadir şah öldürülür. Bu, 1747-ci ildə baş verir. Şahın ölümündən sonra üzə çıxan Pənahəli bir il sonra, 1748-ci ildə Qarabağ xanlığının bünövrəsini qoyur... 

Kitabxananın əməkdaşı Məmmədova Məryəm "Qarabağ Azərbaycandır" layihəsində Qarabağ xanı Pənahəli xan haqqında videoçarx hazırladı.

Videoçarxa aşağıdakı keçiddlərdən baxa bilərsiniz: