Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
14 Sentyabr , 2021

14 sentyabr 1989-cu ildə Naxçıvan Dövlət Kukla Teatrı yaradılmışdır.

Azərbaycan Nazirlər Sovetinin 14 sentyabr 1989-cu il tarixli 383 saylı qərarı ilə yaradılmışdır. Teatr Naxçıvan Dövlət Filarmoniyasının binasında yerləşib. Onlara ayrılan salon teatr üçün yenidən qurulub. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə, Tacikistan və İrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. 2004-cü il mart ayının 11-dən Məhəmməd Tağı Sidqinin adını daşıyır. Teatr uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayan əsərləri tamaşaya qoymuşdur. Teatr Azərbaycanın digər bölgələrində, Türkiyə,İran İslam Respublikası,Tacikistan Respublikalarında təşkil edilmiş kukla teatrı festivalında iştirak etmişdir.

#SabailMKS #kuklateatri #teatr