Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Bakı 2015 Avropa Oyunları
15 Aprel , 2015

Azərbaycanın  təbiətindən  və  irsindən  ruhlanaraq, Ceyran  və  Nar  ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Bu cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevriləcək.

Azərbaycanın  gənclər  və  idman  naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov deyib: “Bütün dünyaya Ceyran və Narı təqdim etməyə olduqca şadıq və ümid edirik ki, onlar  birinci  Avropa Oyunları  həyəcanını özlərində  əks  etdirə biləcəklər. Bakı  2015-in simvolları  kimi  onlar  Azərbaycanda  yeni  nəsil  idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq  və  əyləndirəcəklər. Onlar  qarşıdan gələn  aylar ərzində  şəhərimizdə  və  ölkə  ərazisində  son  dərəcə aydın  şəkildə  görünəcəklər”.

Ceyran  qonaqlara  Azərbaycanın  zəngin  irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət  elçisi  olacaq. Qafqaz  dağlarından  tutmuş  Xəzər  dənizinin  sahillərinədək Ceyran qonaqlara  ölkə  boyu  bələdçilik  edəcək  və  onlara  Azərbaycanın  gözəlliklərini  nümayiş  etdirəcək.

 Ceyran  ölkədə  təbii  gözəlliyin, zərifliyin  və  saflığın  simvolu  və  Azərbaycanda qorunan heyvan  növlərindən  biridir.

Nar  günəşi  sevən, Göyçay  şəhərində  bitən  meyvədir. Həyat eşqi və enerji  ilə aşıb-daşan Nar  yeni  idman  növlərində  iştirak  etməyi  sevir  və Avropa  Oyunları  tədbirinə qoşulacaq.

Nar  Azərbaycan folklorunda birliyi  tərənnüm edir  və  rəngarəng  Bakı  2015 brendində əks olunaraq  artıq  şəhərimizdə  geniş  şəkildə  nümayiş  etdirilib.

Bakı  2015-in əməliyyatla r üzrə baş direktoru Saymon Kleq deyib: “Bizim simvollar ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir və onları Bakı 2015 ailəsində salamlamağa çox  şadıq. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və idman sahələrində keçirilən yarışlarda iştirak edəcək”.

 Bakı 2015-in kommersiya direktoru Çarli Viceratna söyləyib: “Biz Avropa Oyunlarının əyləncəli və rəngarəng olmasını istəyirik və ümid edirik ki, Ceyran və Nar bütün Azərbaycanda məşhurlaşacaq. Belə ki, biz Bakı 2015-də Avropanın məşhur idmançılarına ev sahibliyi etməyə hazırlaşırıq.