Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Bakı 2015 Avropa Oyunları
23 Aprel , 2015

Bir çox alimlər sübut etməyə çalışırdılar ki, fizika tərbiyənin rüşeyimləri, bədən tərbiyəsi elementləri hətta heyvanlarda da vardır.Onlar heyvanat aləmi ilə insan arasında, heyvanların instinkt davranaşı ilə insanların şüurlu fəaliyyəti arasındakı prinsipal fərqi tapa bilmirdilər.

Həmin təlimin mahiyyəti bundan ibarət idi ki, guya insan cəmiyyətinin özünün inkişaf qanunu yoxdur və o, yalnız təbiət qanunlarına tabedir. Buradan belə bir qənaet hasil olunurdu ki, insan cəmiyyətində də heyvanat aləmində müşahidə olunan həyat uğurunda mübarizə və digər başqa hadisələr labüddür. Onlar iddia edirdilər ki, əmək heyvanların oyunları nəticəsində meydana çıxmış, bununla birlikdə insanın bütün tərbiyəsi, o cümlədən bədən tərbiyəsi meydana gəlmişdir.

Bədən tərbiyəsinin meydana gəlməsi probleminin elmi həllində müasir  alimlərin ibtidai icma qurluşu barədəki əsərləri böyük əhəmiyyət kəsb edir.

İbtidai icma qurluşuna həsr edilmiş klassik əsərlərdə qətiyyətlə göstərilir ki, insanın və insan cəmiyyətinin yaranmasının və inkişafının əsasını təşkil edən əməkdir. F. Engelsin “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində parlaq olması xüsusi vurğulanıb.

Bədən tərbiyəsi ibtidai icma qurluşunda cəmiyyətin insanları bu və ya digər fəaliyyət növünə hazırlaşdırmaq kimi maddi tələbindən meydana gəlmişdir.

Əmək prosesində insanın fiziki tipi dəyişirdi.İnsan daha qıvraq, daha cəld, daha qamətli olurdu. İnsanların sümüklərinin müqaysəli şəkildə öyrənilməsi göstərir ki, onun ətraflarının qurluşundakı dəyişikliklər kəllə sümüyünə nisbətən daha tez baş verirdi ki, bu da əməyin həlledici rolunu təsdiq edir. Əmək fəaliyyətində tədricən əmələ gələn dəyişikliklər irsən ötürülürdü.Əmək prosesində insan və cəmiyyət yaranandan mövcud olan tərbiyə də meydana gəlir.

İbtidai icma qurluşunda fiziki və mənəvi qüvvələrin inkişafı tərbiyənin mühüm hissəsi idi. Ətraf aləmin dərk edilməsi ilə yanaşı insanın həyata hazırlığı bu qüvvələrin inkişaf səviyyəsi ilə müəyyənləşirdi.

İbtidai icma qurluşunda bədən tərbiyəsi hələ ümumi tərbiyənin müstəqil sahəsi sayılmırdı, o əmək prosesinin ayrılmaz hissəsi idi. Uşaqlar daha çox böyüklərlə ovetmə, meyvə yığma zamanı fiziki inkişafa nail olurdular.

Artıq bu zaman təlimin xüsusi priyomları meydana gəlməyə başladı ki, daha sonralar fiziki hərəkətlər yarandı.

İbtidai insanlar da ilkin dini təsəvvürlərin meydana gəlməsindən sonrakı fiziki hərəkətləri çox zaman mistik mərasimlər, kahin oyunları və rəqsləri ilə bağlayırdılar.

İbtidai icma qurluşu bir neçə yüz min il mövcud olmuş, müxtəlif  inkişaf mərhələləri keçmişdir. Birinci mərhələ cəmiyyətin nəsiləqədərki dövrü olmuşdur ki, bu zaman insanlar arasında ən bəsit münasibətlər hökm sürürdü, əmək bölgüsü yox idi, bu dövrdə insanın bioloji inkişafı əsasən başa çatırdı.

İbtidai icma qurluşunun ikinci dövrü, elə bir dövr idi ki. Nəsil qurluşu meydana çıxır; əvvəlcə matriaxat, sonra isə patriarxat. Matriaxat, yəni ana nəsil qurluşu üçün əmək bölgüsü xarakterik idi, amma mütəşəkkil əkinçilik və maldarlıq hələ mövcud deyildi.Əkinçilik və maldarlıq böyük fiziki güc tələb edirdi, buna görə də əmək fəaliyyətində kişini ön plana çəkirdi. Patriarxat dövründə cəmiyyətin məhsuldar qüvvələrinin yüksəlişini xarakterizə edən metaləritmə, kərpicbişirmə və dulusçuluq meydana gəldi.  

Nəsil qurluşu zəminində quldarlıq meydana gəlir. Məhsuldar qüvvələrin artımı mövcud istehsal münasibətləri ilə ziddiyyət təşkil edir və ibtidai icma qurluşunun dağılması dövrü başlayır. Bədən tərbiyəsi bir ictimai təzahür kimi insanın  ibtidai icma qurluşundakı əmək fəaliyyəti prosesində təzahür edir.

Əməyin yaş və cinsi əlamətlərə görə bölgüsü gənclərin fiziki hazırlığının yoxlanılmasının özünəməxsus formalarını meydana çıxarırdı. Bu gənclərin yaşlılar sırasına qəbul edilməsi mərasimləri idi.  Gəncləri sınağa hazırlayan yaşlılar onlara əmək fəaliyyətinin müxtəlif priyomlarını öyrədir, eyni zamanda onlarada dözümlülüyü, mənəvi dəyanəti inkişaf etdirirdilər. Cəmiyyətin nəsiləqədərki vəziyyətində meydana çıxmış ibtidai nəsil qurluşu hər bir gəncə qarşı onun fiziki və mənəvi dözümlüyünün inkişafı ilə bağlı tələb irəli sürürdü. Bununla bağlı bədən tərbiyəsinin müvafiq vasitələri və metodları da inkişaf edirdi.Patriraxt dövründə əkinçiliyin və maldarlığın əməyin əsas formasına çevrildiyi, istehsal prosesində kişi qüvvəsinin əsas rol oynadığı bir vaxtda ibtidai bədən tərbiyəsi mürəkkəbləşirdi. Heyvanların əhlilləşdirilməsini, mürəkkəb ov üsullarını, əkinçilik proseslərini təcəssüm etdirən daha mürəkkəb oyunlar, rəqslər və fiziki təmrinlər meydana çıxmağa başladı. Ehtimal etmək olar ki, bu dövrdə fiziki tərbiyənin ilk “özüyaranmış” sistemləri əmələ gəlirdi. Bu dövrün sonunda, xüsusilə ibtidai icma qurluşunun dağılması dövründə, qəbilələr arasında müharibələrin tez-tez baş verən münasibət formasına çevrildiyi bir vaxtda gənclərin hərbi-fiziki hazırlığının elementləri də inkişaf etməyə başladı.

Xüsusi mülkiyyətin meydana gəlməsi, qəbilə aristokratiyasının fərqlənməsi, fərdi ailənin yaranması ibtidai icma qurluşunda fərdi tərbiyənin meydana gəlməsinə səbəb oldu.Qəbilə başçıları və qəbilə aristokratları öz uşaqlarına sadə qəbilə üzvlərinin uşaqlarından daha yaxşı  fiziki tərbiyə aşılayır və bu tərbiyə əmək hazırlığı ilə deyil, istisnasız olaraq, hərbi hazırlıq ilə bağlı idi. Bu onunla iza olunurdu ki, qulların meydana gəlməsi tədricən qəbilə rəhbərliyini əmək hazırlığı zərurətindən azad edirdi.