Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Haqqımızda
30 Noyabr , -1

Nüşabə Nazir qızı Ələkbərova

Direktor

_______________________

 

Rəhilə Sabir qızı Əliyeva 


Direktor müavini

________________________

Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının şöbələri 

___________________________

Oxuculara xidmət şöbəsi (oxu zalı azərbaycan və rus abonementi)

Şöbə oxuculara kitab və digər informasiya daşıyıcıları vasitəsilə kitabxana-biblioqrafiya və informasiya xidmətləri göstərir. Şöbənin fondu bədii və elmi ədəbiyyatla, müxtəlif dərs vəsaitləri ilə zəngindir. Buradan ayrı-ayrı oxucu qrupları istifadə edir. Respublikada “Açıq rəf” üsulu ilk dəfə bu şöbənin işində tətbiq edilmişdir.
Müxtəlif yaşlı oxucular fonddakı ədəbiyyatdan həvəslə istifadə edirlər. Kitablar oxuculara 15 gün müddətinə istifadə etmək üçün verilir. Şöbə kitabların vaxtında qaytarılmasına sistematik olaraq nəzarət edir və kitabxanadan istifadə qaydalarında nəzərdə tutulan müddətdən artıq saxlanıldıqda tədbir görür. Şöbənin fondu ilə mütəmadi olaraq iş aparılır. Fond ən aktual ədəbiyyatla komplektləşdirilir, cırılmış və səliqəsiz halda olan, o cümlədən məzmun etibarilə köhnəlmiş ədəbiyyatdan təmizlənir. 
Şöbə oxucualrının tələbatını daha dərindən öyrənmək üçün sorğu-anketlər hazırlayır və onların əsasında ən zəruri ədəbiyyatı əldə edə bilir. Bu isə daha çox oxucu kütləsini kitabxanaya cəlb edilməsinə kömək edir.

Şöbənin müdiri: Kadıkova Tatyana Viktorovna

______________________________

Kitabişləmə və Komplektləşdirmə şöbəsi

Komplektləşdirmə və kitabişləmə şöbəsi Mərkəzi Kitabxananın ən mühüm şöbələrindən hesab olunur. Kitabxananın, o cümlədən  MKS-in bütün fondu məhz bu şöbə tərəfindən komplektləşdirilir. Şöbə yeni daxil olmuş ədəbiyyatın uçotunu aparır, fondların  tərkibinin öyrənilməsini və yeni kitabların işlənilməsini həyata keçirir. 

Şöbənin müdiri: İlhamə Abdul qızı Quliyeva 

_____________________________________

İnformasiya-resurs şöbəsi

İnformasiya-resurs şöbəsi elektron resursların yaradılmasına böyük tələbatı nəzərə alaraq oxuculara maraq dairəsinə uyğun müxtəlif elm sahələrinə dair elektron resurslarla işləmək üçün şərait yaradır. Belə ki, müxtəlif sahələr üzrə mükəmməl, zəngin elektron resursların yaradılmasını, onların mütəmadi olaraq yeni məlumatlarla yeniləşdirilməsini təmin edir. 
Şöbə həmçinin, elektron kataloqun işlənməsini həyata keçirir. MKS-in veb-saytında informasiyaları tənzimləyir, məlumatların yerləşdirilməsi, qruplaşdırılması işləri yerinə yetirməklə məlumat bazasını təkmilləşdirir. Eyni zamanda məlumatı ötürmək, veb-saytı yeni materiallarla zənginləşdirmək, fotosessiyaları, slaydları işləyib hazırlamaqla məşğul olur. İnformasiya-resurs şöbəsi Səbail rayon MKS-in veb-saytı ilə müntəzəm iş aparmaqla keçirilən tədbirlər, görülən işlər haqqında ictimaiyyəti məlumatlandırır.

Şöbənin müdiri: Səkinə İnqilab qızı Əliyeva

_________________________________

Uşaq şöbəsi

Uşaq şöbəsi məktəbəqədər yaşlı uşaqlara və əsasən I-VIII sinif şagirdlərinə xidmət edir. Şöbə öz işini ədəbiyyatın komplektləşdirilməsini, işlənməsini və istifadəsini, soraq-biblioqrafiya, informasiya və metodik işi həyata keçirən şöbələri ilə sıx əlaqədə təşkil edir. Şöbə uşaqlara kitabxana xidmətinin təşkili və məzmunu üçün şagirdlərin mütaliəyə cəlb olunmasına çalışır, uşaq ədəbiyyatını təbliğ edir, məktəb kitabxanaları ilə əlaqəni həyata keçirir.

Şöbənin müdiri: Aidə Qabil qızı Həşhimova

________________________________

Metodika və biblioqrafiya şöbəsi

MKS-in struktur bölmələrinə-kitabxana-filiallara metodik rəhbərlik etmək məqsədilə metodika və biblioqrafiya şöbəsi yaradılmışdır.
Metodiki rəhbərlik sistemin bütün bölmələrinin fəaliyyətini məzmun, forma, və metodik baxımdan əlaqələndirməkdən ibarətdir. MKS şəraitində metodiki işə aşağıdakılar daxildir: kitabxanaçılara işin yeni üsul və metodlarına yiyələnməyə, qabaqcıl təcrübəni aşkar etməyə, ümumiləşdirməyə, tətbiq etməyə, kadrların ixtisaslarının artırılması, sistemdə kitabxana işinin təşkil olunmasına kömək etmək; rayonun ərazisində yerləşən müxtəlif idarələrə məxsus kitabxanalara metodiki kömək göstərmək, kitabxanalararası təcrübə mübadiləsini təşkil etmək.
MKS-in oxuculara xidmət edən bütün struktur bölmələri (Mərkəzi Kitabxana, MUK, kitabxana-filiallar) biblioqrafik iş aparır. Metodika və biblioqrafiya şöbəsi kitabxana-filiallarla birlikdə soraq-biblioqrafiya aparatının tərkibini təyin edir, onun təşkil və redaktə olunmasında kitabxana-filiallara köməklik göstərir, biblioqrafik işi əlaqələndirir və ona nəzarət edir.

Şöbənin müdiri: Şəbnəm Hikmət qızı Babaşova

_______________________________________

Kitabxana biblioqrafik prosseslərinin avtomatlaşdırılması şöbəsi

Kitabxananın təşkilində, idarə edilməsində və oxuculara səmərəli xidmət işinin təşkilində texniki vəsaitlərin tətbiqinin nəzəri-metodiki və təcrübi cəhətlərini əhatə edən fəaliyyət sahəsidir. Komputerləşdirmə, kitabxanalarda yerinə yetirilən mürəkkəb  bir-birilə əlaqəli texnoloji prosseslərin informasiya-telekomunikasiya texnologiyaları əsasında avtomatlaşdırılması işini, oxucuların informasiya təlabatını coğrafi uzaqlardan asılı olmayaraq operativ və tam şəkildə ödənilməsini yerinə yetirir.

Şöbənin müdiri: Cəmilə Söhrab qızı Səmədova