Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
15 Fevral , 2018

2018-ci  il  fevralın 15-də  Səbail  rayon  MKS-nin Mərkəzi  Kitabxanasında Respublika  Mədəniyyət  Müəssisələri  İşçilərinin  Hazırlıq  və İxtisasartırartıma Mərkəzindən  gəlmiş  Ağdaş, Ağcabədi, Saatlı, Şuşa, Zəngilan, Biləsuvar, Neftçala,Cəlilabad, Lerik, Qax, Qubadlı, Sabirabad, Samux, Quba, Abşeron, MKS-lərinə  oxuculara  xidmət    işinin  təşkili  haqqında  məşğələ keçirildi. Məşğələdə  Səbail rayon  MKS-də oxuculara  göstərilən xidmət  işi sahəsində yeniliklər  nümayiş  etdirildi.

Baş  metodist   G.Babayeva  və kitabxanaçı  Ş.Əliyeva  iştirakçılara Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında oxuculara informasiya texnologiyaları və elektron nəşrlərlə göstərilən xidmət, o cümlədən yaradılmış elektron nəşrlər fondu haqqında  məlumat  verdilər.

 

Foto Qalereya