Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Bizim layihələr
23 Fevral , 2018

Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında uşaqlarda əməli dil üzrə nitq və yazı qabiliyyətinin təkmilləşdirilməsi məqsədilə keçirilən "Sənə yazıram: Balaca Oxucunun Poçt Qutusu" adlı layihəyə start verildi. Balaca oxucularımız bəyəndiyi əsərin qəhrəmanına ürək sözlərini məktuba yazıb kitabxanamızda yerləşən poçt qutusuna atmaq imkanı əldə edə bilərlər. Bu layihədə əsas məqsəd uşaqlarda oxuduqları əsərlərin obrazları haqqında fikirlərini öyrənmək, onlardakı yazıçılıq qabiliyyətlərini aşkar etmək, dünyagörüşlərini artırmaq, daxili təsəvvürlərini inkişaf etdirməkdən ibarətdir.

Balaca dostlarımızın məktub yazdıqları qəhrəmanlar onların məktublarına sevinərək cavab verəcəklər.

Əziz dost!

Səni bəyəndiyin əsərin qəhrəmanına məktub yazmağa dəvət edirik. Ona demək istədiyin ürək sözlərini yazıb poçt qutusuna ata bilərsən. O sənin məktubuna mütləq cavab verəcək!