Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Elanlar
9 Avqust , 2018

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında virtual abonement fəaliyyətə başlayır. Oxucular sabailabonement.az@mail.ru  ünvanına kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan məsafədən sifariş (virtual) verərək istənilən mövzuya (elmi, elmi-kütləvi, metodiki və bədii) dair dərslik, dərs vəsaiti, monoqrafiyaların, qəzet və jurnal məqalələrinin elektron versiyalarını əldə edə bilərlər. Bütün materialların elektron versiyaları (PDF formatları) oxucuların e - mail ünvanlarına göndəriləcəkdir. Xidmətlər pulsuzdur.

Sifarişlər10 avqust 2018-ci il tarixindən hər gün saat 10:00-dan 17:00-dək qəbul olunacaqdır.