Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
12 Sentyabr , 2018
2018-ci il sentyabrın 12-də  Səbail rayon MKS-nin 4 saylı  filialında  Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə "Dədə Şəmşir-Dağ çeşməsi" adlı  tədbir keçirildi.

Sazın və sözün böyük yaradıcılarından olan ustad Aşıq Şəmşirin zəngin irsindən seçmə əsərlərlə yanaşı, bir çox Azərbaycan aşıqlarının da əsərləri  sərgidə nümayiş olundu.

Baş kitabxanaçı M.Quliyeva oxuculara uzun ömür və keşməkeşli həyat yaşamış Aşıq Şəmşirin həyat və yaradıcılığından,Azərbaycan şifahi xalq ədəbiyyatının  inkişafındakı  xidmətlərindən danışdı.
Foto Qalereya