Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
18 Dekabr , 2018
2018-ci il dekabrın 18-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində ixtisasını artıran Şamaxı, Xocalı, Goranboy, Ağcabədi, Qax, Qobustan, Tərtər, Ağdam rayon MKS-lərinin kitabxana-filiallarının işçiləri ilə təcrübə mübadiləsi keçirilib.

İştirakçılara Səbail rayon MKS-nin filiallarında metodika-biblioqrafiya işinin təşkili, elektron nəşrlərin hazırlanması, ALİSA avtomatlaşdırılmış kitabxana-informasiya sistemində kitabxana-biblioqrafiya proseslərinin həyata keçirilməsi, kütləvi tədbirlərin təşkili qaydaları haqqında məlumat verilib. 

Məşğələ zamanı bölgə kitabxanalarının əməkdaşları Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının işi ilə yaxından tanış olublar.
Foto Qalereya