Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Bizim layihələr
2 Yanvar , 2019

İlk dəfə olaraq Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında 1sentyabr - 30 noyabr 2017-ci il tarixlərində “Asılmış kitab” payız kitab marafonu keçirilir.

Bu marafonun keçirildiyi müddət  ərzində oxucular  oxuyub bəyəndiyi kitab haqqında  rəy yaza bilməklə yanaşı, həmin kitabı  tövsiyə etmək məqsədi ilə simvolik olaraq  yaradılmış kitab ağacından “asa bilmək” imkanı əldə edəcəklər. Bu marafonun məqsədi üzərində rəy yazılmış kitabların   digər oxucular tərəfindən yenidən oxunmasıdır.

“Asılmış kitab”aksiyası Avropada dəb olan “asılmış əşyalar”  təcrübəsinə əsaslanır. Ehtimal olunur ki , bu ənənənin  kökü İtaliyanın Neapol şəhərindən başlayıb. Ənənənin yaranma tarixçəsinə nəzər salaq. Neapolda bir kafedə ilk dəfə olaraq bir müştəri içəcəyi qəhvədən  əlavə bir  fincan qəhvənin də pulunu ödəyib. Əlavə qəhvəni  isə kafeyə gələn, lakin  içdiyinin   pulunu ödəməyə imkanı olmayan hər hansı bir müştəri üçün kənarda “asmağ”ı xahiş edib. Bu aksiyanın məqsədi insanın özünün bəyəndiyi nəyi isə onu əldə etməyə imkanı olmayan digər birisi ilə bölüşməsidir.

Bizim məqsədimiz xeyriyyəçilikdən uzaq  olsa da,  bu ənənə vasitəsilə oxucuları daha çox kitab oxumağa cəlb etmək,  kreativ iş üsullarına üz tutaraq  kitab dövriyyəsini artırmaqdır.

Marafon 3 ay müddətində fəaliyyət göstərəcəkdir. Bu müddət ərzində oxucular oxuyub bəyəndikləri kitabları  müstəqil olaraq digər oxuculara tövsiyə edə biləcəklər. Marafon  sayəsində oxucular tərəfindən  ən çox sevilən və ən çox oxunan  kitabların  siyahısı tərtib olunacaq.