Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
8 Fevral , 2019

2019-cu il  8 fevral tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Bakı şəhər MKS-lərinin iştirakı ilə  ALİSA proqramı üzrə keçirilən treninq  başa çatıb.  

4-8 fevral tarixində keçirilən treninqdə ALİSA proqramının yaranma tarixi, burada olan yeniliklər və əlavələrlə yanaşı,  proqramdan istifadə qaydaları (login parollar), burada mövcud olan  Komplektəşdirmə, Kataloqlaşdırma, Nüsxələr, Oxucular, Sifariş, Veriliş və Bron modulları  haqqında məlumat  verilib və həmin modullar üzrə işləmək bacarıqları üzə çıxarılıb. 

Vahid Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Portalında Elektron Kataloq və Elektron Kitabxana üzrə axtarış   məsələlərinə aydınlıq gətirilib.

Foto Qalereya