Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
29 Mart , 2019

2019-cu il martın 29-da Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “31 Mart- tarixin qanlı səhifəsidir” adlı tədbir keçirildi. 

Tədbirdə 189-190 saylı tam orta məktəbin 9a və 10a sinif şagirdləri iştirak etdilər.

Tədbiri kitabxananın əməkdaşı Ş. Əliyeva “Soyqırım bəşəriyyətə qarşı amansız cinayətdir” sözü ilə açdı. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamı “danışan keçmişimiz və ya dəhşətli qırğınların şahidi” adlandırmaq olar.

189-190 saylı tam orta məktəbin tarix müəllimi L. Məmmədova erməni saxtakarlığının, erməni vəhşiliklərinin, türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırım faktlarının tarixi xronologiyasını şagirdlərə çatdırdı.

Soyqırıma məruz qalmış Bakı və bir neçə şəhərlər, hətta abidələr haqqında hazırlanmış videoçarx təqdim edildi. 

Tədbirin sonunda məktəblilərə 31 Mart-Azərbaycanlıların soyqırımı günüdür!" adlı slayd tədqim olundu.

Foto Qalereya