Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
2 Aprel , 2019

2 aprel-Beynəlxalq Uşaq Kitabı Günüdür.  Həmin günün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi vardır. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olmuşdur. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif etmişdir. 

 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilmişdir.

Həmin tarixlə bağlı müxtəlif tədbirlər keçirilir.

2 aprel 2019-cu il tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə  həsr edilmiş  sərgi təşkil olunmuşdur.  

Sərgidə Azərbaycanda çap olunan uşaq ədəbiyyatı nümunələri oxuculara təqdim edilib.  

Foto Qalereya