Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
11 Aprel , 2019
Musayev Qılman İsabala oğlu (Qılman İlkin) Bakının Mərdəkan kəndində, 1914-cü ilin aprelin 11-də anadan olmuşdur. 1932-ci ildə daxil olduğu indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini 1936-cı ildə bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, "Azərbaycan" jurnalının baş redaktoru (1963-1966), "Uşaqgəncnəşr", “Azərbaycan” jurnalında baş redaktor, "Azərnəşr" nəşriyyatlarının direktoru (1966-1971) olub. Ədəbi yaradıcılığa 1943-cü ildə “Yaralı şahin” adlı hekayəsi ilə başlamışdır. N.Vəzirovun uşaqlıq illərinə həsr etdiyi “Həyat yollarında” adlı povesti 1947-ci ildə çapdan çıxmışdır. Son illər “Sən Bakını tanıyırsanmı?”, “Bakı və bakılılar”, “Tovuz lələyi” kitabları kütləvi tirajla nəşr olunmuş, rəğbətlə qarşılanmışdır (1994-2000). Onun “Qalada üsyan” romanı əsasında “Azərbaycanfilmdə” “Yenilməz batalyon” filmi çəkilmişdir. “Kölgələr sürünür” filminin ssenarisi də onun zəhmətinin bəhrəsidir. @Cərrahlar”, “Tayqa nağılı”, “Əsgər müharibədən qayıdırdı”, “Geriyə yol yoxdur”, “Baba və nəvə” televiziya pyesləri uzun müddət mavi ekranda göstərilmişdir. “Təzə şagird” pyesi tamaşaya qoyulmuşdur. Əsərləri SSRİ və xarici ölkə xalqlarının (türk, fransız, İngilis) dillərinə çap edilmişdir. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunmuşdur. Qafqaz xalqları Ali Dini Şurasının “Paklıq” mükafatına layiq görülmüşdür. Yazıçı 27.01.2003- cü ildə isə Xalq yazıçısı adını almışdır. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində vəfat edib və 2-ci Fəxri xiyabanda dəfn olunub. 

Əsərləri: “Həyat yollarında” (1947), “Hekayələr” (1951), “Yazılı daş” (1956), “Qalada üsyan” (1963), “Şah və qarışqa” (1965), “Şimal küləyi” (1965), “Tapşırıq” (1965), “Hədiyyə” (1969), “Sərvinazım mənim” (1971), “Ömrün oğlan çağları” (1974), “Dağlı məhəlləsi” (1978), “Tayqa nağılı” (1983), “Dəniz Qapısı” (1984), “Körpə siyənək” (1986), “Hərənin öz aləmi, öz taleyi” (1987), “Madam Qədri” (1988), “Seçilmiş əsərləri” (1988-1989). 

Filmoqrafiya: “Kölgələr sürünür” (film, 1958), “Yenilməz batalyon” (film, 1965), “General” (film, 1970) və s.