Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
15 Aprel , 2019

1907-ci il aprelin 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. O, 1921-ci ildə kənd məktəbini bitirib Bakı Pedaqoji texnikumuna daxil olmuş, 1924-cü ildən isə eyni zamanda rəssamlıq məktəbində oxumuşdur.

İ. Axundov 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirdikdək sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat fakultəsinə daxil olmuşdur. 1932-ci ildə o Bakıya qayıtmış, Azərbaycan Dövlət Nəşriyyatın qrafika bürosuna rəhbərlik etməyə başlamışdır. Bu illər ərzində kitab qrafikası sahəsində işləyərək Azərbaycan ədəbiyyatı klassiklərinin bir sıra əsərlərinə tərtibat və illüstrasiyalar vermişdir.Rəssamlığın qrafika, karikatura və plakat janrları ilə məşğul olub.Uzun müddət "Kirpi" satirik jurnalında işləyib.

İ. Axundov 1937-ci ildən 1940-cı lə qədər Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru, 1940-cı ildən Nizami adına Ədəbiyyət Muzeyinin direktoru və baş rəssamı olmuşdur.

Teatra ilk dəfə 1937-ci iidə rejissor Ədil Isgəndərovdan dəvət alıb və Akademik Milli Dram Teatrında onun quruluş verdiyi Mirzə İbrahimovun “Həyat” pyesinin tamaşasında geyim eskizlərini çəkib. Bu teatrda İ938-ci ildə Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (həmçinin 1940 və 1957-ci il quruluşlarında), Cabbar Məcnunbəyovun “Yanar dərə”, Səməd Vurğunun “Vaqif”, 1944-cü ildə Cəfər Cabbarlının “1905-ci ildə”, 1955-ci ildə Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” komediyasının tamaşalarında geyim rəssamı olub. 1938-ci ildə rejissor Məcid Zeynalovun hazırladığı “Müsyö Jordan və dərviş Məstəli şah” (Mirzə Fətəli Axundzadə) tamaşasında ilk tərtibatçı rəssam kimi addıınını atıb. Bundan sonra AMDT-də 1939-cu ildə Onore de Balzakin “Ögey ana”, Mehdi Hüseynin “Şöhrət”, Cəlil Məmmədquluzadənin “Ölülər”, 1943-cü ildə Aleksandr Ostrovskinin “Tufan”, 1945-ci ildə Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, 1948-ci il-də Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər”, Mirzə Fə-təli Axundzadənin “Lənkəran xanının vəziri”, 1949-cu ildə Sabit Rəhmanın “Aydınlıq”, Cəfər Cabbarlının “Solğun Çiçəklər”, Anatoli Boryanovun “O tayda”, Tur qardaşlarının “Bir evin sirri”, 1952-ci ildə Karlo Haldoninin “Mehmanxana sahibəsi”, 1956-cı ildə Hüseyn Cavidin “Şeyx Sənan”, 1961-ci ildə Sabit Rəhmanın “Əliqulu evlənir”, Mehdi Hüseynin “Alov”, 1966-cı ildə Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərlərinin tamaşalarına həm monumental-romantik, həm də realist səpkilərdə səhnə tərtibatları verib.

Teatr dekorasiya sənətinə müəyyən yeniliklər gətirmiş İsmayıl Axundov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında oynanınış Üzeyir bəy Hacıbəyovun “Məşədi İbad”, Səid Rüstəmovun “Durna” (dramaturq Süleyman Rüstəm), Fikrət Əmirovun “Gözün aydın” (dramaturq Məhərrəm Əlizadə), Nəriman Məmmədov və Tofiq Bakıxanovun “Məmmədəli kurorta gedir” (dramaturq Atif Zeynallı) operettalarına əlvan tərtibatlar işləyib.

O, siyasi plakat sahəsində də geniş fəaliyyət göstərmiş, xüsusilə Böyük Vətən müharibəsi illərində “Agit-pəncərə” üçün 100-dən artıq antifaşist plakat çəkmişdir.

İ. Axudov Ümumittiaq Kənd Təsərrüfatı Sərkisində Azərbaycan SSR pavilyonunun baş rəssamı olmuşdur. Bir sıra yubiley sərgilərinin bədii tərtibatı da İ. Axundova təpşırılmışdır.

Təsviri incəsənət sahəsindəki xidmətlərinə görə ona Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940- cı ildə), SSRİ Dövlət mükafatı layreatı (1944- cü ildə), Azərbaycan SSR xalq rəssamı kimi (1960- cı ildə) fəxri adlar verilmiş, “Şərəf nişanı” və Qırmızı əmək Bayrağı ordeni ilə (1967- ci ildə) təltif olunmuşdur.

O, bir neçə il Azərbaycan Rəssamlar İttifaqının sədri və məsul katibi vəzifəsində çalışmış, Bakı şəhər sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Krakovda vəfat edib.