Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
12 Aprel , 2019
i2019-cu il aprelin 12-də Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşlarının iştirakı ilə 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar H. Mahmudbəyov adına 2 №-li Texniki Humanitar liseyində “Kainatın ilk vətəndaşı” adlı tədbir keçirildi.

Tədbirdə məktəbin 5b, 6a sinif şagirdləri və kitabxananın əməkdaşları iştirak etdilər.  

Kitabxana əməkdaşı Günel Atayeva tərəfindən hazırlanmış “Kosmoso ilk addım” adlı slayd nümayiş olundu. 
Kitabxanaçı Şəfa Əliyeva məktəblilərə Kosmonavtika Günü haqqında məlumat verdi. O, qeyd etdi ki,  1961-ci il aprelin 12-də SSRİ-də "Vostok-1" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu.

H. Mahmudbəyov adına 2 №-li Texniki Humanitar liseyin tarix müəllimi S. Nəsibova şagirdlərə 1969-cu il iyulun 21-də ABŞ-ın Ay proqramı çərçivəsində "Apollon-11" kosmik gəmisinin uğurla Ay səthinə ilk astronavtları Nil Armstronq və Edvin Oldrini çıxartması haqqında söhbət açdı.

Sonda şagirdlərlə kosmos və kosmonavtika haqqında sual-cavab aparıldı.
Foto Qalereya