Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
23 Aprel , 2019

YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Kitablara və müəlliflərə ehtiram məqsədi ilə təsis olunan Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü  münasibətilə 23 aprel 2019-cu il tarixində Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında "Oxu günü" keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın əməkdaşı Nigar Məmmədova açdı. Sonra söz Azərbaycana Birgə yardım Təşkilatının (UAFA) Valideyn Birliyinin sədri Zəhra Xələfovaya verildi. Onun çıxışı maraqla qarşılandı. Nizami rayon 3 nömrəli xüsusi təhsil məktəbinin 2-4-cü  və 189-190 nömrəli tam orta məktəbin 5sinif şagirdlərinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri əsasında hazırladıqları bədii qiraət təqdim olundu. T.Quliyev adına 12 nömrəli onbirillik musiqi  məktəbinin şagirdi musiqi nömrəsi  ilə çıxış etdi.

Sonda kitabxananın əməkdaşı Cəmilə Səmədova tədbir iştirakçılarına təşəkkurünü bildirdi.

Foto Qalereya