Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
26 Aprel , 2019
17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi, dünya ədəbiyyatının dahilərindən Vilyam Şekspir 1564-cü ilin bu günü İngiltərənin Stratford şəhərində anadan olub.

Şekspir əsərlərinin əksəriyyətini 1590-1612-ci illər aralığında yazıb. 

O, həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edə bilən nadir dramaturqlardan sayılır. "Hamlet", "Otello", "Romeo və Cülyetta", "Maqbet", "Kral Lir" kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasıdadır. 

Şekspirin süjet, dil və janr müxtəlifliyi ilə biri-birindən seçilən əsərləri Avropa teatr sənətinin və ədəbiyyatının inkişafına misilsiz dərəcədə təsir göstərib. 
 
26 aprel 2019-cu il tarixində  Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında dünya ədəbiyyatının dahisi Uilyam Şekspirin anadan olmasının 455 illiyi münasibətilə sərgi təşkil edildi.