Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
13 May , 2019
Etel Lilian Voyniç məşhur ingilis yazıçısı və bəstəkarıdır. 1864-cü ildə İrlandiyanın Kork şəhərində anadan olmuş bu xanımın əsil-kökü çox məşhurdur. Atası İngiltərənin məşhur riyaziyyatçı və mütəfəkkiri Corc Buldur. Dünyada ən hündür zirvə Etelin dayısı Corc Everestin adı ilə bağlıdır. İlk dəfə ailə həyatını 1890-cı ildə quran Etelin yoldaşı, ədəbiyyatşünas və bibliofil V.M.Voyniç dünyada məşhur olan "Voyniç əlyazması"nın kəşfi ilə ad qazanıb (bu əlyazmalar Rocer Bekon adlı keşiş tərəfindən XIII əsrdə yazılıb və indiyə kimi hələ heç kəs bu yazıların şifrəsini aça bilməyib). Bir müddət sonra Etel siyasətə qoşulub. Etel İtaliyaya səyahətə çıxmışdır və burada Cüzeppe Qaribaldi və Cüzeppe Madzini kimi italyan inqilabi şəxsiyyətlərinin həyatından qaynaqlanaraq "Ovod" romanında Artur Berton (Ovod) obrazını yaradır. Qeyd etmək lazımdır ki, qədim yunan filosofu Sokratın da ləqəbi Gadfly (yəni, Ovod) olmuşdur. Etel Lilian Voyniç 1960-cı il 28 iyulda Nyu-Yorkda vəfat edib. Vəsiyyətinə görə nəşi yandırılaraq külü Nyu-Yorkun mərkəzi parkına səpilib. 

Əsərləri: “Ovod” (1891), “Cek Reymond”, “Oliviya Letem”, “Qırılmış dostluq” (1895), “Rusiya yumoru”, “Sən ayaqqabıları çıxar” və s.