Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
14 May , 2019
Buktreyler - XXI əsrdə meydana gəlmiş yeni terminlərdən biri də "buktreler"dir. Buktreyler (ing."booktrailer) - hər hansı kitab haqqında bədii formada bəhs edən kiçik videoçarxdır. 

Buktreylerin yaradılması tarixinə nəzər saldıqda aydın olur ki, ilk dəfə 1986 - ci ildə yazıçı Con Garissin romanı əsasında şəkilli, səsli slayd - şou çəkilmişdir. 2003-cü ildə Luizianada keçirilən kitab yarmarkasında Kristian Fixanın "Qaranlıq simfoniyası" kitabının buktreyleri nümayiş etdirilmişdir. Bu hadisə sosial şəbəkələrdə geniş oxucu kütləsi arasında yayılaraq məşhurlaşmışdır. Bu cür çarxların məqsədi mütaliənin təbliği, vizual vasitələrin köməyilə kitablara diqqətin cəlb edilməsidir. Belə çarxlar müasir kitablarla yanaşı, klassikaya çevrilmiş kitablara da çəkilir. 3 dəqiqədən artıq olmayan bu "mini film"i peşekar kameraya və ya smartfon telefonlara çəkmək olar. Power Point, Camtasia Studio kimi proqramlardan istifadə etməklə təqdimat yaradılır, mətn, musiqi, montaj edilir. 

Belə çarxlar geniş yayılmış video hostinqlərdə və sosial şəbəkələrdə yerləşdirilir. Buktreylerin hazırlanması üçün kitabın seçilməsi, janrın seçilməsi, süjet xəttinin seçilməsi, video formatın təyin edilməsi, buktreylerin proqramda yazılması və montajı, saytda yerləşdirilməsi lazımdır. 

Buktreyler bir qədər az xərc tələb edir və onları müstəqil şəkildə hazırlamaq mümkündür. Çarx üçün müəllifin özünəməxsus olan və ya internetdən köçürülmüş foto və video materiallar, illüstrasiya və musiqi, reklam edilən kitabdan sitatlar, kitabın üz qabığı və xülasəsinin hərəkətli təsviri, çarxın ssenarisi tələb olunur.