Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
20 May , 2019
Hacıyev Fikrət Əli oğlu 19 may 1964-cü ildə Goranboy rayonunun Qızılhacılı kəndində doğulmuşdur. 1978-ci ildə səkkizinci sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdir. 1982- ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Ufa şəhərində keçirmişdir. Bakı Kooperativ Texnikumunda təhsilini başa vurmuşdur. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edib. Goranboy döyüşlərində 1992-ci il 5 mayda qəhrəmancasına həlak olub. Subay idi. Qızılhacılı kənd qəbiristanlığında dəfn edilmişdir. Goranboy rayonunda büstü qoyulmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.