Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
21 May , 2019

2019-cu il 21 may tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində  Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin təşəbbüsü, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş oxucular arasında “Oxu bayramı” müsabiqəsi qaliblərinin təltifolunma mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd oxucular arasında mütaliə ənənələrinin təbliğ edilməsi, onların mütaliə-bilik dairəsinin genişləndirlməsi, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılmasıdır.

Tədbirdə Bakı  Şəhər  Mədəniyyət  Baş  İdarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri S.Məmmədova, baş məsləhətçi S.Piriyeva, Səbail rayon MKS-nin direktoru  N.Ələkbərova, Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimləri T.Rzayeva, N.Məmmədova, Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları, oxucular  iştirak  edib.

Qeyd edək ki, müsabiqədə  Bakı  Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan kitabxanaların müxtəlif yaş qruplarından olan oxucuları iştirak edib. Müsabiqənin Əsasnaməsinə uyğun olaraq qiymətləndirmə meyarları- oxunmuş kitabların sayı və müsabiqə iştirakçılarının mütaliə etdiyi kitablar barədə informasiyalılıq səviyyəsi nəzərə alınmaqla Münsiflər  heyətinin yekdil qərarı ilə  qaliblər müəyyən olunub.

Təltifolunma mərasimi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb .

Daha sönra müsabiqənin qaliblərinə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən Diplom, pul mükafatı, Fəxri Fərman və hədiyyələr təqdim edilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən  mədəni-kütləvi tədbirlərdə, eyni zamanda “Oxu bayramı” müsabiqəsinin təşkilində fəal iştirakına görə  Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin və 49 nömrəli “İntellekt” məktəb-liseyin şagirdləri də Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıb .

 “Oxu bayramı” müsabiqəsinin qalibi, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxananın Fəxri oxucusu,  filologiya üzrə fəlsəfə doktoru, Milli Konservatoriyanın kafedra müdiri Firudin Qurbansoy müsabiqənin təşkilatçılarına təşəkkürüni bildirərək qeyd edib ki, belə müsabiqələrin təşkil edilməsinin  kitaba və mütaliəyə marağın artırılmasında mühüm rolu vardır.    

Təltifolunma mərasimində Səbail rayonu  49 nömrəli “İntellekt” məktəb-liseyin şagirdləri T.Axundova, M.Mehdiyeva və T.Qasımzadənin ifasında ulu öndərə həsr olunmuş ədəbi-bədii  kompozisiya, həmçinin Səbail rayonu 189-190  nömrəli tam orta məktəbin şagirdləri R.Hacıyev, S.Quliyev və İ.Dadaşovun  hazırladıqları buktreylerlər  təqdim olunub.

Foto Qalereya