Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
22 May , 2019
Bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, bütün canlı orqanizmlərin növ müxtəlifliyi deməkdir. 

2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməsi ilə 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin “Beynəlxalq Bioloji Müxtəliflik Günü” elan etmişdir. Azərbaycanda biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulmuşdur. Bizim taleyimiz ekosistemin məhsuldarlığından və sağlamlığından asılı olduğundan dünyada biomüxtəlifliyin qorunması, irqindən, dinindən, rəngindən asılı olmayaraq, hər birimizin borcudur.

Bu baxımdan təbiətdə canlıların qorunması təbliğinə istiqamətlənmiş 22 May – Beynəlxalq Biomüxtəliflik Gününü Avropanın bir çox ölkələri qeyd edirlər.

1992- ci ildə BMT-nin təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş konfransda qeyd edildiyi kimi, “dünyanın gələcəyi, inkişafı ekoloji problemlərin həll ediləcəyindən asılı olacaqdır”. Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus yerlərdən birini tutur. Burada zəngin bitki və heyvan növləri cəmlənmişdir. Müasir Azərbaycan faunası 18.000 canlıdan ibarət olub, məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 növlə təmsil olunmuşdur. Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə edən 17 dəstəni təmsil edir. Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü yaşayır. Azərbaycanın həşəratlar aləmi də, son dərəcə zəngin olub, 25 minə yaxın növü əhatə edir.

Azərbaycan florasının biomüxtəlifliyinə isə dərman, efiryağlı, dekorativ, meyvə, texniki və digər faydalı bitkilər daxildir.