Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
İnsan hüquqları
25 Fevral , 2015

Zorakılıq sözünün mənası "hücum etmək" deməkdir. Qarşı tərəfi və ya tərəfləri öz istəyinə uyğun, öz mənafeyinə uyğun davranması üçün zorlayan, zor tətbiq edən deməkdir. 

Zorakılığın 3 növü var. 

1.Fiziki zorakılıq 

2.Psixoloji zorakılıq 

3.Sosial zorakılıq

Fiziki zorakılıq deyəndə adından da bəlli olduğu kimi döymək, fiziki güc hesabına edilən davranış nəzərdə tutlur. Psixoloji və ya mənəvi zorakılığa hədələmə, verbal təhqir, gözlə və jestlə təzyiq, şantaj, cinsi zorakılıq və.s aiddir. Biz zorakılıq deyəndə təkcə fiziki mənada başa düşsək də insana ən böyük travma verən və uzunmüddətli təsir, iz qoyan məhz psixoloji zorakılıqdır. Verbal təhqir sözlə edilən təhqirdir. Söz var kəsdirər başı, söz var kəsər savaşı. Doğurdanda sözün gücü böyükdür. Verbal təhqirə əqli və fiziki inkşafı əngəlləyən bütün sözlər daxildir. Gözlə təzyiq-deyəndə insanın öz aqressiyasını gözləri ilə göstərməsi nəzərdə tutulur. Əslində bu doğru deyil, çünki insan öz aqressiyasını başqasının üzərinə tökməməlidir. Belə ki, hər bir insanın daxilində sevinc, nifrət hissi ilə yanaşı aqressiya hissi də var. Və bu aqressiya insanın özünə xasdır. Kənar qıcıqlandırıcılar olsada, bizim aqressiyamızın üzə çıxmasına şərait yaransa da insan fikirlərinə hakim olduğu kimi, öz hisslərinə də hakim olmağı bacarmalıdır. Valideynin uşağa göz ağartmağını adi bir hərəkət hesab etsək də əslində, qonaqlıqda və ya insan çox olan yerdə bunu bizə qarşı etmələri bizim fikirmizi azad şəkildə ifadə etməyə mane olur və belə halların təkrarlanması həm cəmiyyət içində sözümüzü ifadə edə bilməməyə və həm də özümüzə olan inamı itirməyə və həmişə kimdənsə asılı olmağa gətirir.Və həmişə də fikrimizi bildirəndə qorxuruq ki, birdən valideynimizin xoşuna gəlməz. Jestlə təzyiq-burada əl-qol hərəkətləri ilə göstərilən davranışlar daxildir. Sosial zorakılıq-bu növ şiddət də ölkəmizdə çox yayılıb. Adından da göründüyü kimi cəmiyyətdən kənar edərək edilən zorakılıqdır. Kişilər qadınlarını işləyə qoymurlar və ya hər hansı bir yerə getməyə icazə etmirlər. Qarşı tərəfin aqressiyasının başqasının üzərinə tökülməsi zorakılıqdır. Hər bir insanın daxilində sevinc, nifrət, sevgi, kin, hörmət, ehtiram hissləriylə yanaşı aqressiya hissi də var. Aqressiya dedikdə insanın başqa adamlarla problem yaratması, fiziki, maddi və mənəvi ziyan vurması başa düşülür. Aqressivlik insanlara bilərəkdən xələl yetirmək cəhdidir. Bu gun aqressiyanın hamı tərəfindən qəbul edilən izahı yoxdur. Çünki hamı aqressiyanı öz psixikasına, öz şəxsi həyat təcrübəsinə görə izah edir. Delqadoya görə aqressiya dedikdə ədavətlilik, hücum, dağıdıcılıq aktları yəni digər insanlara və obyektlərə xələl gətirən, ziyan yetirən əməllər nəzərdə tutulur. Morrison aqressiyanı hökmranlığa meyl kimi, Xorni və From isə insanı əhatə edən ədavətli reallığa şəxsiyyətin reaksiyası kimi izah edirdi. Zorakılığın kokündə də aqressiya durur. Zorakılıq da insanın aqressiyasının müəyyən şəraitdə və ya situasiyada mənfi reaksiya olaraq büruzə verilməsidir. Psixoloji zorakılıq dedikdə isə insanın mənəvi təzyiqə məruz qalması başa düşülür. Kütləvi informasiya vasitələrindən demək olar ki, hər gün ən çox eşitdiyimiz sözlərdən biri də zorakılıqdı. Zorakılıqlar çoxdur. Amma bunların arasında insana ən acı və daha təsirli olanı psixioloji zorakılıqdı stər fiziki zorakılıq, istərsə də sosial zorakılıq az müddətdə keçir. Psixoloji zorakılıq isə digərlərindən fərqli olaraq qalıcı və uzun müddətli təsirə malikdir. Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır. Zorakılığa meyilli olan insanların keçmişdə yaşadıqları zorakılığı gələcəkdə tətbiq etməsindən heç kimin şübhəsi olmasın.