Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
İnsan hüquqları
25 Fevral , 2015

Kiminsə hüququ - digərinin vəzifəsi deməkdir və müəlliflik hüququ ilə verilən qorunma imkanları, o cümlədən müəllif tərəfindən hüquqlarınnın icazə verilməsi və istifadəyə qadağa qoyulması müəlliflik hüququ institutunun üç budağını yaradır:

-hüquqların qorunması;
-hüquqların həyata keçirilməsi;
-Hüquqların təminatı (pozulmuş hüquqların müdafiəsi və bərpası) 

Müəlliflik hüququ və əlqəli hüquq sahiblərini tanımaqla və ədavətli qonorar formasında stimullaşdırmaqla yaradıcılığın inkişafına zəruri şərait yaradır. Bunlar qanunvericilik, normativ hüquqi baza və müvafiq prosedurlarda öz əksini tapır və hüquqların qorunması aləti kimi çıxş edir. Hüquqların həyata keçirilməsi üçün dövlət müəlliflərə yardım göstərir və şərait yaradır, hətta zəruri hallarda bu iş dövlət orqnları tərfindən həyata keçirilir. 

Müəlliflik hüquqlarının təminatı xüsusi hüquq sxemi çərçivəsində tənzimlənir və hüquqların pozulması müəllif tərəfindən müəyyən addımların atılmasını tələb edir. 

Müəlliflik hüququ sxemi əqli mülkiyyətin ən geniş qoludur, o, milli hüquqi doktrinaya əsaslanan mülkiyyət anlayışını tamamlayır və beləliklə “maddi” mülkiyyət hüququnu tamamlayan mülkiyyət hüququdur. 

Müəlliflik hüququ sahəsində dövlətin rolu getdikcə artır və ənənəvi qanunverici və tənzimləyici ölkədaxili və beynəlxalq funksiyaları ilə yanaşı, yeni kordinasiya və nəzarət funksiyasına xüsusi diqqət yetirilməsinə səbəb olur.