Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
25 Fevral , 2015

“Qarabağ şəhidləri”- Azərbaycanın milli qəhrəmanlarıdır. Azərbaycan Qəhrəmanlığa, Qəhrəmanlıq da Azərbaycana yaraşır! Taleyimiz, tariximiz, coğrafiyamız, itirdiklərimiz və qazandıqlarımız ünvanlar, bütün bu gerçəkliklər xalqımızın “alın yazısı”dır. 
Hər insan şəhid və qəhrəman ola bilməz! Gərək həmin şəxs Vətəni, Torpağı, Milləti və Dövləti canından, ailəsindən artıq sevməyin simvollarıdır. 
Şəhidlər cəsarətin, hünərin, qorxmazlığın, şərəfin, namusun, qeyrətin, fədakarlığın simvollarıdır. 
Onlar bizim, millətimizin, dövlətimizin qüruru, iftixarıdır. 
Vətəninin, Torpağının, Millətinin və Dövlətinin qorunması, müdafiəsi uğrunda Şəhidlik, Qəhrəmanlıq zirvəsinə çatmaq ən böyük şərəf və qürurdur. Bu zirvələr hər bir Azərbaycan gəncinin çatmaq istədyi ən böyük zirvə olmalıdır. 
Şəhidlər müqəddəsdir. Onlar öz həyatlarını Vətəni, torpağı, milləti, dövləti üçün heç düşünmədən fəda edənlər və döğma Azərbaycanımıza ən yüksək səviyyədə xidmət göstərənlərdir. 
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə insanımız iştrak edib və şəhidlik zirvəsinə qalxmışdır. Onlardan 210 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Ümumilli liderimiz Heydər Əliyev Milli Qəhrəmanlarımızın ailə üzvlərinə, valideynlərinə Milli Qəhrəmanlığın rəmzi olan “ Qızıl ulduz” medallarını təqdim edərkən demişdir:
- “Vətənin, ölkənin müdafiəsi uğrunda şücaət, qəhrəmanlıq nümunələri göstərmiş insanlar qiymətləndirilir və unudulmur. Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır. Bu günkü görüş, təltif mərasimi bu baxımdan təkcə sizing üçün yox, bütün ölkəmiz, xalqımız üçün də çox əlamətdar hadisədir. 
Bunun əhəmiyyəti bir də ondan ibarətdir ki, müstəqil Azərbaycan Respublikasını bu gün də, gələcəkdə də qorumaq, onun sərhədlərini sarsılmaz etmək, işğal olunmuş torpaqlarımızı azad etmək üçün Azərbaycanın güclü Milli Ordusu, Silahlı Qüvvələri olmalıdır və azərbaycan gəncləri orduda xidmət etməyi özlərinin ən ümdə, ən şərəfli borcu hesab etməlidirlər. 
Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbayycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir.” 
Qarabağ şəhidləri, ümumilikdə bütün şəhidlər millətin qürur qaynaqları sayılır, gələcək nəsilə vətənsevərlik örnəyi olurlar. 
Vətən yolunda canından keçən belə şəhid oğullarımızı təmənnasız, candan, könüldən gələn bir istəklə öyrənməli, öyrətməli, tanıtmalı və sevdirməliyik. Çünki bir millətin hər zaman qəhrəman övladlara ehtiyacı var. Bütün ülvi hisslər kimi qəhrəmanlıq da yaşadılmalıdır. Qəhrəmanlığı təbliğ etmək, onları tanıtmaq hər bir insanın özünün daxili aləmini zənginləşdirir, insanın həyata inamını, haqq işinə bağlılığını möhkəmləndirir. 
Bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Yüzminlərlə insanımız qaçqın və köçkün həyatı yaşayır. Hər bir Azərbaycan gənci torpaqlarımızın azad edilməsi uğrunda Şəhidlik zirvəsinə , Qəhrəmanlıq zirvəsinə hazır olmalıdır.