Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
4 Sentyabr , 2019

04.09.2019-cu il tartixində Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında 21 avqust- 21 sentyabr  “Sülh aylığı” çərçivəsində  "Qarabağın gələcəyi-sülhməramlı təşəbbüslərin gələcəyidir” mövzusunda söhbət  və "Beynəlxalq Sülh Günü" başlığı altında kitab sərgisi təşkil edilib.

 Sülh mövzusu hər zaman  torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edib. Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb.

Ümummilli lider Heydər Əliyev böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almağa, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilənin imzalanmasına, müharibənin dayandırılmasına, sabitliyə nail olub.

Söhbət zamanı Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar, sülh yolunda  dövlət  başçısı İlham Əliyevin apardığı  siyasət haqqında geniş məlumat verilib.

Qeyd edək ki,  “Sülh aylığı” ilə əlaqədar MKS-nin kitabxana-filiallarında da mühazirələr, söhbət-sərgilər, məruzələr və s. tədbirlər keçirilib.

Foto Qalereya