Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
7 Oktyabr , 2019

1985-ci ildə Beynəlxalq Memarlar İttifaqı tərəfindən təsis edilib, 1996-ci ildə isə Beynəlxalq Memarlar İttifaqının Barselonada keçirilmiş 20-ci Baş Assambleyasında Ümumdünya Memarlar gününü oktyabrın ilk bazar ertəsi keçirmək və onu Ümümdünya Yaşam yeri gününə həsr etmək qərara alınıb.

Beynəlxalq Memarlar İttifaqı İkinci Dünya müharibəsindən dərhal sonra yaradılıb. Məqsədi müharibə nəticəsində dağılmış şəhərlərin,  yaşayış məntəqələrinin və sənaye müəssisələrinin bərpası problemini həll etmək idi. Hazırda BMİ-nin tərkibində 100-dən artiq milli bölmə və milyondan çox memar var.

1950-ci ildə planet sakinlərinin 1/3-i şəhərlərdə yaşayırdı, yalnız 50 ildən sonra bu rəqəm 1/2-ə çatdı və 2050-ci ilə qədər 2/3-ə çatması (6 milyard) ehtimal edilir. Beləliklə şəhərlər bəşəriyyətin yarısının evi sayılır.

Ənənəvi olaraq memarların peşə bayramı hər il müəyyən mövzuya həsr edilir və onlar bütün dünyada konfranslarda toplaşaraq praktiki fəaliyyətlərini, iş şəraiti və əldə etdikləri nəticələri müzakirə edir, memarlıq təhsili problemlərini nəzərdən keçirir, həmçinin yaradıcı diskussiyalar aparırlar. Bu günlər sərgilər, festivallar həyata keçirilir.