Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
26 Noyabr , 2019

2019-cu il noyabrın 26-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş oxucular arasında şeir müsabiqəsinin təltifolunma mərasimi keçirilib. 

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova, Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, müsabiqənin Münsiflər heyətinin üzvləri- filologiya üzrə fəlsəfə doktoru, şair Zəkulla Bayramlı, filologiya üzrə fəlsəfə doktoru Akif AzAlp, filologiya üzrə fəlsəfə doktoru Qürbət Mİrzəzadə çıxış edərək müsabiqə qaliblərini təbrik ediblər. Onlara Diplom, Fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir iştirakçıları Suraxanı rayon Heydər Əliyev Mərkəzinin rəsm müəllimi Aynur Novruzovanın yetirmələrinin Nəsimiyə həsr etdikləri rəsmlərlə tanış olublar. 

Balaca istedadlara Fəxri fərman və hədiyyələr verilib. Mərasimdə, həmçinin, Nəsiminin yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub.

Foto Qalereya