2 Dekabr , 2019
Bu gün 1988-ci ildə təsis edilmişdir. HİV – infeksiyası
pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər
sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə
Birləşmiş proqramının və Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün
6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan
isə AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer
kürəsində HİV-lə yaşayan insanların sayı 33,2 milyon
təşkil etmişdir ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır.
Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq daim Səhiyyə
Nazirliyinin nəzarətindədir. Respublikamızda HİV-ə yoluxma səviyyəsi aşağı olan
ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan
inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan
vətəndaşları arasında təkcə 2009-cu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə yoluxma
hallarının 63,3%-i, ümumilikdə isə 1992-01.12.2009-cu il tarixinə olan dövrdə
yoluxma hallarının 64,4%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.
Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin
1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası
təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2138 nəfəri
(96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir. HİV-ə yoluxmuş
Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. AİDS
mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 448 nəfər, AİDS-dən dünyasını
dəyişmiş vətəndaşların sayı 274 nəfər olmuşdur. Azərbaycan vətəndaşında ilk dəfə
HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək
2138 HİV-ə yoluxmuş insandan 634-ü (29,7%) Bakı şəhəri və Abşeron rayonunda,
1465-i (68,5%) respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan
şəxslərdir, 39 nəfərin (1,8%) yaşayış yeri naməlumdur.1992-ci ildən 2009-cu ilin 1
dekabr tarixinədək Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınmışdır.
Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq
və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə
Mərkəzində davam etdirilir.