Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
20 May , 2020

Atakişiyev  Rafiq Qasım oğlu 1940-cı il may ayının 20-də Füzuli rayonunda anadan olub.

1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsini bitirmiş, həmin ildən Ağdam Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayaraq baş rejissor kimi teatrın yaradıcılarından biri olub.

1976-1978-ci illərdə Moskva şə həri Mayakovski adına Akademik Dram Teatrında rejissor-stajor işləyib.

1978-ci ildən 1989-cu ilə qədər Musiqili Komediya Teatrında quruluşçu rejissor işlədiyi müddətdə O.Kazımovun “Qızıl toy”, E.Sabitoğlunun “Nəğməli Könül” (Azərbaycan bölməsi), Kolkarın “Nəs rədinin Bağdada səyahəti”, Ofentaxın “Fransız qonaq” və s. əsərlərə quruluşlarını verib.

1978-1990-cı illərdə teatrla yanaşı Mədəniyyət və İncəsənət Universitetində əvvəl baş müəllim, dosent kimi pedaqoji fəaliyyətlə məşğul olub.

O, teatr sənətçilərinə həsr olunmuş “Rejissor Teatra gəlir” (T.Kazımovun yaradıcılığına həsr olunmuş monoqrafiya) və s. çoxsaylı kitabların müəllifidir.

1990-cı ildən 1999-cu ilə qədər Akademik Milli Dram Teatrında Sərəncamçı direktor, 1999-2005-ci illərdə Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləyib.

1999-cu ildən ömrünün sonuna qədər Gəncə Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

28 oktyabr 2000-ci ildə “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adı, 2005-ci ildə “Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə” fəxri nişanı ilə təltif edilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının idarə heyətinin üzvü, “Qızıl Dərviş” mükafatının laureatı olub.

2012-ci il sentyabr ayının 27-də ürək çatışmazlığından vəfat edib.