Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Elanlar
28 Avqust , 2020

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Hər günə bir şeir” layihəsinə başlamışdır. Layihə 2020-ci il sentyabrın 15-dək davam edəcəkdir.

Layihənin məqsədi Azərbaycan və dünya ədəbiyyatının ən gözəl poeziya nümunələri ilə oxucuları tanış etmək, onlarda bədii və estetik zövqü formalaşdırmaq, oxu vərdişlərinə yiyələnmələrinə nail olmaqdır.

Layihənin şərtləri belədir:
-Layihə iştirakçıları sevdikləri şeirlərdən birini öz ifalarında səsləndirməli və onu videoformatda Mərkəzi Kitabxananın sabail.mks@mail.ru​ ünvanına göndərməlidirlər.

-Yalnız Mərkəzi Kitabxananın İnstaqram və Facebook ünvanlarına dostluq göndərən iştirakçıların səsləndirdikləri şeirlər qəbul ediləcəkdir.

-Layihə iştirakçıları​ ​ həqiqi adları ilə iştirak edə bilərlər.

-Layihədə peşəkar deyil, həvəskar qiraətçilər iştirak edə bilərlər.

-Göndərilən videolar Mərkəzi Kitabxananın saytında, İnstaqram və Facebook ünvanlarında yerləşdiriləcək.

- Mərkəzi Kitabxananın İnstaqram və Facebook ünvanlarında çox səs yığan I, II və III yerlərin qaliblərinə fəxri fərmanlar və kitab hədiyyələri təqdim ediləcək.

-Səsləndirilən şeirlərlə aşağıdakı ünvanlara keçid etməklə tanış olmaq mümkündür:

https://www.facebook.com/profile.php?id=100004267441394

https://instagram.com/sabailmks_mk?igshid=pou8bi13eonh

https://www.youtube.com/channel/UCCYgHFfHGWgnKDdJ6aXOJNQ