Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tədbirlər
15 Sentyabr , 2020
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bu ilin  avqust ayında başladığı  “Hər günə bir şeir” adlı onlayn müsabiqə  sentyabrın 15-də yekunlaşıb.

Layihə Azərbaycan və dünya ədəbiyyatının ən gözəl poeziya nümunələri ilə oxucuları tanış etmək, onların bədii və estetik zövqünü formalaşdırmaq, oxu vərdişlərinə yiyələnmələrinə nail olmaq,  poeziyaya qarşı sevgi hisslərini aşılamaqla yanaşı, istedadlı oxucuları üzə çıxarmaq məqsədi ilə həyata keçirilib.

Oxucuların böyük marağına səbəb olan müsabiqədə iştirak etmək üçün Bakı şəhəri üzrə kitabxanaların əməkdaşları, oxucular, tələbə və müəllimlərlə yanaşı, respublikamızın bəzi bölgələrindən çox sayda müraciətlər daxil olub.

Sevindirici haldır ki, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə həyata keçirilən bu layihə bir çox mədəniyyət və təhsil müəssisələri tərəfindən dəstəklənib.

15.09.2020-ci il tarixinədək davam edən müsabiqədə məktəb yaşlı və yuxarı yaş qruplarına daxil olan həvəskar qiraətçilər iştirak ediblər.  Müsabiqənin şərtlərinə uyğun olaraq hər yaş qrupuna görə I, II və III yerlərin qalibləri müəyyən olunub. Qaliblər Fəxri Fərman və kitab hədiyyələri ilə mükafatlandırılacaqlar.

“Hər günə bir şeir” adlı onlayn müsabiqənin hər iki yaş qrupu üzrə I, II və III yerlərin qalibləri ilə sizləri tanış edirik:    
Müsabiqənin məktəb yaşlı qrupu üzrə: 
I yer     Mirzəyeva Nərgiz Qasım qızı  - Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Emin Əliyev adına 297 nömrəli məktəbin 7a sinif şagirdi 
II yer     Abdullayev Rauf Anar oğlu - Bakı Avropa liseyinin 4a sinif şagirdi 
III yer    Qulizadə Rufiz Hafiz oğlu - Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının  10-cu sinif şagirdi 

Müsabiqənin yuxarı yaş qrupu üzrə:
I yer    Əfəndiyeva Solmaz Ədhəm qızı - Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin C.Cabbarlı  adına Mərkəzi Kitabxanasının əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm", "Cəsarətli Qələm" mükafatçısı, 3 kitabın müəllifi, Prezident təqaüdçüsü  
II yer  Məhyəddinova Aytən  Əhməd qızı - Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin C.Cabbarlı  adına  Mərkəzi Kitabxanasının əməkdaşı  
III yer Yaqubova Dilbər Şamil qızı - Şəki Regional Mədəniyyət İdarəsinin Şəki rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı 

Obrazı daha xarakterik canlandırma və ifa məharətinə görə Azərbaycan Milli Konservatoriyası tərkibində  İncəsənət Gimnaziyasının müəllimi Talıbova Pərvanə Yelmar qızı “Hər günə bir şeir”  adlı onlayn müsabiqənin fəxri qalibi adına layiq görülüb.